"ABŞ ehtiyat etsə də, Rusiya ikili münasibətləri..."
    • 22-12-2023, 17:32
    • 170

"ABŞ ehtiyat etsə də, Rusiya ikili münasibətləri..."

ABŞ Rusiya ilə münasibətləri tamamilə kəsməkdən hələ də ehtiyat edir, lakin Moskva Vaşinqtonun oxşar addımını istisna etmir.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkovun sözlərinə görə, Vaşinqtonla münasibətlərin tamamilə kəsilməsi Moskva üçün sürpriz olmayacaq.

“Bu, əslində, müvafiq olaraq, Moskva və Vaşinqtonda diplomatik mövcudluq səviyyəsinin formal azalmasına və ya hətta tamamilə dayandırılmasına gətirib çıxaracaq. Bu, bizim üçün sürpriz olmayacaq. Rusiya-Amerika dialoqunda qeyri-sabit tarazlıq istənilən vaxt Vaşinqtonun və xüsusən də orada hakimiyyətdə olan administrasiyanın ehtiyatsızlığı ucbatından pozula bilər”, - Ryabkov bildirib.

Ayşən