"ABŞ müharibə başlatdı, hakimiyyəti dəyişəcəklər" - Ryabkov
    • 28-11-2023, 11:38
    • 179

"ABŞ müharibə başlatdı, hakimiyyəti dəyişəcəklər" - Ryabkov

“Birləşmiş Ştatlar Rusiyada rejim dəyişikliyi və daxili iğtişaşlarla bağlı niyyətlərini artırmaqdadır”.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Birləşmiş Ştatlar Rusiyaya qarşı hibrid müharibəsi başlatdı. Görünür bu, sonuncu Ukraynaya qədər aparılacaq. Eyni zamanda burada hakimiyyəti dəyişmək, Rusiyada daxili iğtişaşlar təşkil etmək niyyətinin getdikcə artdığını göstərir”.

 
Onun sözlərinə görə, bu şəraitdə Moskva ilə Vaşinqton arasında qarşıdurma ssenarisi real olub: "Ondan çıxmalıyıq”. 

Bununla yanaşı, Ryabkov ABŞ-ın daha da eskalasiyasının Rusiya-Amerika diplomatik münasibətlərinin pozulmasına gətirib çıxara biləcəyini istisna etməyib.

Ayşən