Növbəti ağacəkmə kampaniyası həyata keçirildi - FOTO
    • 23-12-2023, 09:15
    • 161

Növbəti ağacəkmə kampaniyası həyata keçirildi - FOTO

Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə növbəti ağacəkmə kampaniyası həyata keçirilib. 

News24.az xəbər verir ki, Müşfiqabad qəsəbəsindəki kampaniyada partiyanın rəhbər strukturlarının nümayəndələri, millət vəkilləri, partiyanın rayon təşkilatının nümayəndələri, o cümlədən könüllülər iştirak edib. 

Tədbir zamanı 1000-dən çox ağacın əkilməsi planlaşdırılır.

Qeyd olunub ki, aksiyanın gələcəkdə də aktiv şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Fərid Azəri