Azərbaycanlı futbolçunu MAT edən HADİSƏ!
    • 25-12-2023, 13:18
    • 305

Azərbaycanlı futbolçunu MAT edən HADİSƏ!

Albaniya Superliqasında 18-ci turun oyunları keçirilir.

News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” evdə “Tirana” ilə qarşılaşıb.

Çempionatın lideri olan "Eqnatiya" öz meydanında gözlənilməz hesabla məğlub olub - 0:5.

Görüşün 66-cı dəqiqəsində "Eqnatiya"nın futbolçusu Albano Aleksi qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Start heyətdə meydana çıxan Vüsal 73-cü dəqiqədə əvəzlənib. O, meydanı tərk edəndən sonra komandası 3 qol buraxıb.

Hazırda "Eqnatiya" 36 xalla liderliyini davam etdirir. "Tirana" isə bu qələbə ilə xallarını 26-a çatdıraraq 5-ci yerdən 3-cü pilləyə yüksəlib.