Bakıda gənc oğlanı maşın vurub
    • 20-05-2023, 23:55
    • 364

Bakıda gənc oğlanı maşın vurub

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

News24.az xəbər verir ki, yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Bayramov Namət Ceyhun oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.