-
- 26-12-2023, 17:23
- 746
2024-cü ildə qiymət artımları necə olacaq?
"Ərzaq qiymətlərində son iki ildə fantastik artım müşahidə edirik".
Bunu News24.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, 2023-cü ildə ərzaq qiymətləri 10 faizdən çox bahalaşıb:
"Ondan öncəki il isə 20 faizdən çox bahalaşmışdı. Ərzaq qiymətlərində son iki ildə fantastik artım müşahidə edirik. Son aylarda isə qiymət artımı ləngiyir. Noyabr ayında əsasən balıq və ət məhsulları ucuzlaşıb (balıq məhsulları 1.1 faiz, ət məhsulları 0.19 faiz). Hazırda Yeni illə əlaqədar olaraq hədiyyə və turizm bazarı bahalaşır. Bu tələbatla əlaqəlidir. İl yekunlaşanda bahalaşma da sona çatacaq".
Xalid Kərimli 2024-cü ildə də bahalaşmanın davam edəcəyini bildirib:
"Təzə ilin yanvar ayından etibarən tərəvəz və meyvə məhsulları baha olacaq. Növbəti il üçün də infilyasiya gözlənilir. Mərkəzi Bank 5.3 faizlik infilyasiya proqnozlaşdırır. Təbii ki, infilyasiya olacaq, qiymətlər artacaq. Ancaq 2024-cü ildə qiymət artımı bu ildən 2 dəfə aşağı olacaq. Dünya ərzaq təşkilatının statistikasına istinad etsək, növbəti ildə ərzaq qiymətlərində fantastik artım gözlənilmir".
İqtisadçı dekabr ayında sütrətlə davam edən bahalaşmanın səbəblərinə də aydınlıq gətirib. O bildirib ki, sözügedən bahalaşma Yeni illə əlaqədardır:
"Qiymətlərin dekabr ayında artımı Yeni illə bağlıdır. Qiymətlərin artım dinamikası 2023-cü ilin əvvəlindən müşahidə edilir. Noyabr ayında qiymətlərə baxsaq, ərzaq qiymətləri 0,4 faiz enib. Payız aylarından qış ayına keçid dövründə meyvə və tərəvəzlərin qiyməti mövsümə uyğun olaraq bahalaşır. Sahibkarlar mövsümü bitdikdən sonra öz məhsullarını bazara çıxarır. Məhsulu qeyri-mövsümdə satıb əlavə pul qazanmaq istəyirlər. Dekabr ayında qiymət artımlarının səbəbi hər hansı bayram deyil, sadaladığımız nüanslara görədir".
Qumral