Minaya düşən ANAMA əməkdaşı ilə bağlı SON MƏLUMAT
    • 26-12-2023, 18:46
    • 174

Minaya düşən ANAMA əməkdaşı ilə bağlı SON MƏLUMAT

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

News24.az xəbər verir ki, yaralıya sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report/