Hakan Fidan Blinkenlə nəyi müzakirə etdi?
    • 28-12-2023, 13:33
    • 174

Hakan Fidan Blinkenlə nəyi müzakirə etdi?

ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, tərəflər İsveçin NATO-ya daxil olmasının şərtlərini, İsrail və HƏMAS arasında münaqişəni, Qəzza zolağına humanitar yardımın sürətləndirilməsinin və miqyasının artırılmasının vacibliyini müzakirə edib. 


Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara ABŞ administrasiyası və Konqresin müttəfiqlik ruhuna uyğun hərəkət edəcəyini və F-16-ların satışı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözləyir.