Netanyahudan girovlarla bağlı açıqlama: Məqsədimiz tezliklə...
    • 29-12-2023, 12:41
    • 204

Netanyahudan girovlarla bağlı açıqlama: Məqsədimiz tezliklə...

"İsrail radikal Fələstinin HƏMAS qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı danışıqlar aparır".

News24.az “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

İsrailin bütün girovları geri qaytarmaq üçün çalışdığını deyən Netanyahu, Qətər və Misirin məsələni irəlilətmək üçün iki ayrı təklif irəli sürdüyünü bildirib:"Hazırda biz danışıqlar aparırıq. Mən danışıqların statusu ilə bağlı təfərrüata girə bilmərəm, lakin biz onların hamısını evə qaytarmaq üçün çalışırıq. Məqsədimiz budur".

Qeyd edək ki,  Misir İsrail və HƏMAS-a Qəzza zolağı ətrafında münaqişənin həlli üçün Fələstin anklavında bir müddətə humanitar atəşkəsin tətbiqini nəzərdə tutan üç mərhələli plan təklif edib. İki həftə müddətinə uzadılması, girovların və əsirlərin dəyişdirilməsi və İsrailin hərbi əməliyyatları dayandırması, tankların çıxarılması və Qəzza zolağına əlavə humanitar yardımın verilməsi ehtimalı ilə ikinci mərhələdə Fələstin rəhbərliyindəki parçalanmanın aradan qaldırılması və texnokratlar hökumətinin formalaşdırılması üçün Fələstin milli dialoqunun başlanması planlaşdırılır. Üçüncü mərhələyə Qəzza zolağında hərtərəfli atəşkəs, İsrail qoşunlarının anklavdan çıxarılması, həmçinin radikalların əlində olan İsrail hərbi qüvvələrinin azad edilməsi daxildir.

Ayşən