İdmançı avtomobil qəzasında öldü - FOTO
    • 29-12-2023, 13:53
    • 485

İdmançı avtomobil qəzasında öldü - FOTO

İranda avarçəkmə üzrə ölkə çempionu olan Hüseyn Babayi dünən avtomobil qəzası nəticəsində dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, qəbul imtahanında iştirak etməyə hazırlaşan gənc idmançı motosikletlə imtahana gedərkən “Pride” markalı avtomobillə toqquşub və başından aldığı ağır xəsarət nəticəsində həyatını itirib. 

Qeyd edək ki, son vaxtlar İranda yol qəzalarının sayı kəskin artıb və bunun nəticəsində ötən günlərdə daha iki idmançı qəzaların qurbanına çevrilib. 

Aynurə