Türk futbolçu “Mançester Yunayted”in hədəfində
    • Dünən, 22:25
    • 81

Türk futbolçu “Mançester Yunayted”in hədəfində

Fransanın “Lil” klubunda çıxış edən Yusuf Yazıcı “Mançester Yunayted”ə transfer ola bilər. İngiltərə klubu futbolçu ilə bağlı “Lil”lə danışıqlara başlayıb. 

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi bir çox klubun transfer gündəmindədir. Yazıcı ilə 3 nəhəng İstanbul klubu da maraqlanır. 

Oyunçunun isə Avropada qalmaq istədiyi bildirilir. Yusuf Yazıcı “Lil”in heyətində 96 oyunda 15 qol və 12 assistlə çıxış edib.