Qaluzindən sülhməramlılarla bağlı mühüm açıqlama:
    • 30-12-2023, 11:09
    • 141

Qaluzindən sülhməramlılarla bağlı mühüm açıqlama: "Bakı ilə nəzərdən keçririk"

Moskva Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri  Azərbaycan tərəfi ilə nəzərdən keçirir”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O xatırladıb ki, “Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilib.Heç kim bu sənədi ləğv etməyib. Sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025-ci ilin noyabr ayına qədər müddətin daha da uzadılması imkanı ilə olmasını nəzərdə tutur.İndi biz sülhməramlıların Qarabağda olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə birlikdə nəzərdən keçiririk. Bu, qarşılıqlı hörmət və konstruktiv mühitdə baş verir”, - deyə o vurğulayıb.

Ayşən