Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
    • 31-12-2023, 22:06
    • 309

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 26 dekabr 2023-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Cəfərov Kamal Xaqani oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.

Sonra namizədliyi özü tərəfindən irəli sürülmüş Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi də təsdiq olunub.

İclasda, habelə seçkilərdə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Mətləb Əzizulla oğlu Mütəllimlinin səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Beynəlxalq müşahidə missiyası və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olub, cari məsələlərə baxılıb.