Bakıda kafeyə girib avtomatla 2 NƏFƏRİ GÜLLƏLƏDİ
    • 11-04-2019, 13:41
    • 1 162

Bakıda kafeyə girib avtomatla 2 NƏFƏRİ GÜLLƏLƏDİ

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə,  keçən il avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində avtomatla Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimovu güllələyən Abbasquliyev Hikmət Rzaqulu oğlunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılmış işə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq. İlk iclas aprelin 24-nə təyin edilib.

Məlumata görə, kafedəki güllələnmə zamanı N.Allahverdiyev ölüb, E.Kərimov isə xəsarət alıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.