Birlikdə çəkiləcəkləri reklama görə milyonlar qazanacaqlar - FOTO
    • 2-01-2024, 11:33
    • 330

Birlikdə çəkiləcəkləri reklama görə milyonlar qazanacaqlar - FOTO

Evlilikləri, uşaqları, həyatları ilə tez-tez danışılan məşhur aktyor Burak Özçivit və həyat yoldaşı, aktrisa Fahriye Evcen bu dəfə qazancları ilə gündəmə gəlib. 


News24.az “Ensonhaber”ə istinadən xəbər verir ki, bir mebel markasının siması olan ikilinin 2 illik müqavilə üçün ümumilikdə 80 milyon TL (təxminən 4 608 000) qazanacağı iddia edilib.


Qeyd edək ki, cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların iki övladı var.