Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb
    • 6-01-2024, 09:02
    • 182

Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb


Yanvarın 6-da saat 07 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər DYP İdarəsindən News24.az-a bildirilib ki, “Mercedes” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Kərimova Səyyara Misir qızını vurub.

Göstərilən müdaxilələrə baxmayaraq, qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.