Azərbaycanda avtomobil kanala aşdı: xəsarət alanlar var - FOTO
    • 6-01-2024, 20:26
    • 146

Azərbaycanda avtomobil kanala aşdı: xəsarət alanlar var - FOTO

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

News24.az report.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Şamaxı rayon sakinləri Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimovadır.

Faktla bağlı araşdırma aparılır.