Bakıda ahıl kişini avtomobil vurub
    • 10-01-2024, 08:17
    • 119

Bakıda ahıl kişini avtomobil vurub


Bakının Suraxanı rayonunda yol qəzası zamanı 83 yaşlı kişi xəsarət alıb.

News24.az xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Şadlıq sarayının qarşısından keçən 1941-ci il təvəllüdlü Namazov Rəhim Hüseyn oğlunu minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlıaraşdırma aparır.