Braziliyada baş verən daşqın nəticəsində 11 nəfər həlak olub
    • 15-01-2024, 19:00
    • 258

Braziliyada baş verən daşqın nəticəsində 11 nəfər həlak olub

Braziliyanın Rio-de-Janeyro şəhərində həftə sonu yağan yağışların yaratdığı sel səbəbiylə 11 nəfər ölüb.

News.24.az xəbər verir ki, bu barədə Brazilya mediası məlumat yayıb.

Qeyd edək ki, ölkədə danşqınlar səbəbiylə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, təbii fəlakət nəticəsində daha 3 nəfər itkin düşüb.

Hazırda həmin şəxslərin axtarışları davam edir.Əlverişsiz hava Rio de Janeyroda ictimai nəqliyyatın hərəkətinə də mənfi təsir göstərib. Bəzi bölgələrdə yollar və metro xətləri su altında qalıb.

Mehriban Mirzəzadə