“Qız elə bil ilan boğazından çıxıb”
    • 17-01-2024, 23:17
    • 489

“Qız elə bil ilan boğazından çıxıb”

Müğənni Lətifə Soyuözün arıqlaması Elgiz Əkbəri təəccübləndirib.

News24.az OLAY-a istinadla yazır ki, aparıcı “Elgizlə izlə” proqramına qonaq olan ifaçını tanımadığını bildirib:

“Dedilər ki, Lətifə gəlib, inanmadım. Qız elə bil ilan boğazından çıxıb. Cennifer Lopez sənin yanında istirahət edir”.

Lətifə söyləyib ki, çox ciddi pəhriz nəticəsində bu formanı əldə edib:

“9 aya yaxındır ki, pəhrizdəyəm. Pəhrizlə arıqlamayanların nəticəsini gördüm. Hamısı yenidən kökəlirdi. Ona görə də sağlam qidalanmaq lazımdır”.

Qeyd edək ki, müğənni 30 kiloqrama yaxın arıqlayıb.