SƏS-KÜYLÜ TRANSFER haqda MÜHÜM AÇIQLAMA
    • 21-01-2024, 13:35
    • 324

SƏS-KÜYLÜ TRANSFER haqda MÜHÜM AÇIQLAMA

"Hazırlıq oyunlarından hansısa nəticə çıxarmaq, düzgün qiymətləndirmək doğru olmaz.

Yorğunluq fonunda keçirilən matçlardır.

Komandalar hazırlıq dönəmindədir. Əsas rəsmi görüşlərə kimi formaya düşməkdir".

News24.az xəbər verir ki, bu fikirləri Sportinfo az-a açıqlamasında FİFA meneceri Vaqif Heydərli deyib.

Xəbər verdiyimiz kimi, Premyer Liqa klublarının yarısı ölkədə hazırlıq keçmək qərarı verdisə, digər yarısı Antalyaya yollandı. Qardaş ölkədə səfərdə olanlar arasında Vaqif bəy də vardı.

Bilirik ki, fasilə dönəminin ən səs-küylü transferi Aleksey İsayevin "Sabah"ı "Qarabağ"a dəyişməsi oldu. 28 yaşlı futbolçunun keçidi "atlılar"ı gücləndirəcəyi fonunda Masazır klubunu çox zəiflədəcəyi proqnozlaşdırılır.

Lakin proqnoz başqa, yerində əyani tanış olmaq başqa.

Heydərli İsayevsiz "Sabah"ın yoxlama matçını arenadan izləyən biri kimi gördüyü mənzərəni bizimlə bölüşüb:

"İlk oyunu arenadan izlədim. "Vorskla" ilə ikinci görüşdə Antalyada olmadığım üçün matçı izləyə bilmədim.

"Rapid"lə görüşdə "Sabah" yaxşı təsir bağışladı. Aleksey İsayevin yoxluğu hiss olunmurdu desəm və ya açıq-aşkar yeri görünürdü desəm doğru olmaz.

Məncə, "Sabah" ilk görüşdə üstün tərəf idi. Söhbət hesabdan getmir.

Komanda oyun olaraq da bu üstünlüyü meydanda aşkar göstərirdi.

Açığı, bu suala "Sabah" daha çox rəsmi oyun keçirəndən sonra daha dəqiq cavab tapmaq olar. Onda biləcəyik ki, Alekseyin gedişi az hiss olunur, yoxsa çox.

Bəlkə heç hiss olunmayacaq. Bunu zaman göstərəcək".