Cavanşir Məmmədovdan efirdə "mama" sözü deyən həmkarlarına ETİRAZ - VİDEO
    • 21-01-2024, 17:30
    • 372

Cavanşir Məmmədovdan efirdə "mama" sözü deyən həmkarlarına ETİRAZ - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

News24.az bizim.media-ya istinadən bildirir ki, hər kəlməsi ilə müzakirə obyektinə çevrilən sənətkar bu dəfə həmkarlanın efirdə tez-tez "mama" (ana) sözünü dilə gətirməsinə etiraz edib.

"Müğənnilər var ki, efirə çıxıb rus dilində "mama" sözünü deyirlər. Amma onlar anlamırlar ki, "mama" "ana" sözünü heç zaman əvəz edə bilməz. Bizim dilimizdə "mama" sözü yoxdur. "Ana" və "ata" var. Elə şey yoxdur", - deyə Cavanşir vurğulayıb.