Ermənistan ordusunda mühüm DƏYİŞİKLİK
    • 23-01-2024, 15:03
    • 196

Ermənistan ordusunda mühüm DƏYİŞİKLİK

Ermənistan ordusu üçün yeni formada NATO standartları nəzərə alınacaq.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib. 

“Ermənistan Respublikasının Müdafiə Nazirliyi yeni geyim formasını seçərkən beynəlxalq təcrübə mübadiləsi yolu ilə aparılan və NATO standartlarına uyğun araşdırmaları rəhbər tutur. NATO-ya üzv ölkələrin, o cümlədən ABŞ, Fransa, Yunanıstan və Çexiyanın geyim nümunələri tədqiq edilib”, - deyə nazirlikdən bildirilib. 

Nazirlik həmçinin onu da bildirilib ki, yeni geyim formasının tətbiqindən sonra Müdafiə Nazirliyi qanunvericilik təşəbbüsü ilə çıxış edəcək və orduda istifadə edilən model formasının satışı qadağan olunacaq.

Xatırladaq ki, Ermənistan ordusunun hərbi formasının dəyişdirilməsi üçün ötən il müsabiqə elan edilib. Silahlı qüvvələrdə başlanan islahatlar çərçivəsində ordunun səhra, məişət, xidməti, kursant və digər növləri də daxil olmaqla, formasının dəyişdirilməsinin nəzərdə tutulduğu deyilir. 

Qumral