Navalnıdan açıqlama:
    • 23-01-2024, 17:18
    • 317

Navalnıdan açıqlama: "Məni hər gün Putin..."

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı hər səhər saat 5-də Putini dəstəkləyən pop müğənnini dinləməyə məcbur olduğunu açıqlayıb.

News24.az bildirir ki,  47 yaşlı rusiyalı müxalifətçi hər gün “Mən rusam” və Rusiyanın dövlət himnini dinləməyə zorla təhrik edildiyini açıqlayıb. 

Həbsxanadakı vəziyyətlə bağlı açıqlama verən Navalnı bunları deyib:

"Müğənni Şaman həbsdə olarkən gündəmə gəldi, ona görə də nə onu görə bildim, nə də musiqisinə qulaq asa bildim. Amma bilirdim ki, o, Putinin solisti olub. Əsas mahnısı isə "I am Russian" idi. Əlbəttə ki, dinləməyə maraq göstərirdim, amma həbsxanada harda dinləyə bilərdim? Sonra məni Yamala gətirdilər və mənə burada hər gün səhər saat 5-də Rusiyanın dövlət himninə, sonra isə 'I am Russian' mahnısına qulaq asmağa məcbur edirlər".

Nəzrin