4 ay komada olan hərbçimiz şəhid oldu
    • 28-01-2024, 12:06
    • 190

4 ay komada olan hərbçimiz şəhid oldu


19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

News24.az APA-ya istinadən bildirir ki, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.

Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.

Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.