Üç ölkə ECOWAS-dan çıxdığını elan etdi
    • 28-01-2024, 21:22
    • 197

Üç ölkə ECOWAS-dan çıxdığını elan etdi

Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) on beş ölkənin regional siyasi və iqtisadi birliyidir.

ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır./publika