Ətir oğurlayan Gürcüstan vətəndaşı tutuldu
    • 30-01-2024, 11:49
    • 143

Ətir oğurlayan Gürcüstan vətəndaşı tutuldu

Almaniyada oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Onların məlumatına görə, istintaqa əsasən, Gürcüstan vətəndaşı ilə birlikdə Rusiya vətəndaşı da tutulub. Saxlanılan şəxslər Hamburqda ətir mağazalarından birində oğurluq edib. Onlar ətirləri pencəklərinin daxili ciblərində gizlədiblər, lakin onların hərəkətinə mühafizəçi diqqət edib və polis çağırılıb.

Hər iki şübhəli istintaq təcridxanasına aparılıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb.

Nəzrin