DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi
    • 1-02-2024, 18:42
    • 173

DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar Xidmətdən News24.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.