Məhkumun vaxtilə gizlətdiyi silah TAPILDI
    • 12-10-2023, 12:11
    • 170

Məhkumun vaxtilə gizlətdiyi silah TAPILDI

Oktyabrın 10-da Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd lüləsi kəsik ov tüfəngi və 4 ədəd güllə Göygöl rayonu Çaylı kəndində boşluq ərazidə aşkar edilərək götürülüb.

News24.az xəbər verir ki,  bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.