Nail Kərimovun işsiz günləri uzun çəkmədi - YENİ VƏZİFƏYƏ TƏYİNAT
    • 12-02-2024, 12:58
    • 1 282

Nail Kərimovun işsiz günləri uzun çəkmədi - YENİ VƏZİFƏYƏ TƏYİNAT

Yaxınlarda «Qəbələ»nin baş meneceri vəzifəsindən istefa verən Nail Kərimovun işsiz günləri uzun çəkməyib.

News24.az sportinfo-ya istinadla bildirir ki, o, daha əvvəl xəbər verdiyimiz kimi, «Qarabağ»ın yolunu tutub.

Təcrübəli funksioner Ağdam klubunda yüksək görəv alıb. 18 il «qırmızı-qaralar»a müxtəlif səviyyələrdə xidmət eləmiş Kərimov texniki işlər üzrə direktor təyin olunub.

Tanınmış kadr «köhlən atlılar»ın akademiya sahəsinə cavabdehlik daşıyacaq.