Abşeronda 2 məktəbli qız itkin düşdü
    • 13-02-2024, 08:06
    • 191

Abşeronda 2 məktəbli qız itkin düşdü


Abşeronda 2 məktəbli qız itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə Den.az-a 14 yaşlı qızların valideynləri məlumat veriblər.

Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan Məmmədli.S və Muradzadə A. adlı qızlar saat təqribən günorta 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron rayon Polis idarəsinə məlumat veriblər.

Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər.