İdmançımız Avropada ilin ən yaxşı gimnastı seçildi
    • 13-02-2024, 19:34
    • 153

İdmançımız Avropada ilin ən yaxşı gimnastı seçildi

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, idmançı 226 min 339 (52%) səslə rəqiblərini qabaqlayıb.

İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub.