Göyçayda minik avtomobili yandı
    • 14-02-2024, 22:44
    • 177

Göyçayda minik avtomobili yandı


Göyçay rayonunun Qaraməryəm kəndində “ВАЗ” markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə,avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.