Tanımadığı 22 qardaşı ortaya çıxdı, onlardan biri keçmiş sevgilisi..
    • 16-02-2024, 11:15
    • 297

Tanımadığı 22 qardaşı ortaya çıxdı, onlardan biri keçmiş sevgilisi..

ABŞ-ın Konnektikut ştatında yaşayan Viktoriya Hill həmişə atasından xarici görünüşünə və xasiyyətinə görə fərqləndiyini düşünür və ailə daxilində övladlıq olduğunu deyərək zarafatlaşırdı.

News24.az xəbər verir ki, DNT testinin nəticəsindən sonra artıq bu zarafatı gülməli olmayıb.

Ailə üzvlərinin heç birində olmayan sağlamlıq problemi yaşayan gənc qadın son vaxtlar ABŞ-da getdikcə populyarlaşan ev tipi DNT testlərini alıb.

DNT nəticələri gələndə Viktoriya 22 qardaşı olduğunu öyrənib.

Onun qardaşlarından bəziləri Viktoriya ilə əlaqə saxladı və daha böyük bir bomba partladı. Bioloji atası onu böyüdən kişi deyil, anasına öz spermasından istifadə edərək hamilə qalmasına kömək edən in vitro mayalanma həkimi idi.

Qardaşlardan birinin dediyinə görə, Burton Caldwell adlı bu həkim ananın icazəsi olmadan in vitro mayalanma prosesində öz spermasından istifadə edib.

Öyrəndiklərindən şoka düşən qadın üçün bu, ən pis nəticə deyildi. O, hadisəni bir az dərindən araşdırdıqda qardaşlarından birinin onun keçmiş sevgilisi olduğunu öyrəndi.

ABŞ-ın CNN telekanalına danışan Viktoriya, "Bu hadisə məni çox sarsıtdı. İndi insanların fotolarına baxıram. Düşünürəm ki, o, mənim qardaşım olubsa, artıq hər kəs mənim qardaşım ola bilər" dedi.

Günel Məlikzadə