İki asteroiddə və Ayda tapıldı
    • 16-02-2024, 17:07
    • 204

İki asteroiddə və Ayda tapıldı

Alimlər öz araşdırmalarında ilk dəfə olaraq İris və Massalia adlı iki asteroidin səthində su molekullarının olduğunu aşkar ediblər.

News24.az xəbər verir ki, NASA və Alman Aerokosmik Mərkəzinə (DLR) aid olan Stratosfer İnfraqırmızı Astronomiya Rəsədxanası (SOFIA) Teleskopu ilə aparılan müşahidələrdə İris və Massalia asteroidlərinin səthində su molekulları tapılıb.

Diametri 199 kilometr olan İris və 135 kilometr diametrli Massaliya Günəşdən təxminən 357 milyon 539 min kilometr məsafədə orbitdədir.

Sözügedən iki asteroidin səthində su molekullarının varlığını göstərən müəyyən bir dalğa uzunluğunda işıq əksi tapılıb.

Araşdırmada Yerə gətirilən asteroid nümunələrində də su molekullarına rast gəlindiyi vurğulanıb, lakin bu təsbitin asteroidlərin səthində su olduğuna dair ilk kəşf olduğu qeyd edilib.

Qeyd edək ki, SOFİA məlumatlarının araşdırılaraq, Ayın səthində, Cənub yarımkürəsindəki ən böyük kraterlərdən birində oxşar su izlərinin tapıldığı və yeni araşdırmanın buna əsaslandığı bildirilib.

Ayın səthində bir kubmetr torpaqda minerallarla kimyəvi bağlı təxminən 340 qram su olduğu, iki asteroiddəki suyun Ayda təsbit edilən məbləğə yaxın olduğu deyilib.

Araşdırma "The Planetary Science" jurnalında dərc olunub. 

Günel Məlikzadə