Sərhəddə ağır vəziyyət yaranıb - Molostov
    • Dünən, 23:42
    • 103

Sərhəddə ağır vəziyyət yaranıb - Molostov


Belarusun qərb sərhədində çətin vəziyyət yaranıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Konstantin Molostov bildirib.

O bildirib ki, bu, sərhədyanı ölkələrin hərbiləşdirilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, Belarus tərəfi sərhədin o biri tərəfində irimiqyaslı və çoxsaylı bölmə və hərbi birləşmələrin yerləşdirilməsini qeydə alır.