Gözlənilən xüsusiyyət Helldivers 2-də olmayacaq!
    • 18-02-2024, 11:57
    • 139

Gözlənilən xüsusiyyət Helldivers 2-də olmayacaq!

Son zamanlar müxtəlif xəbərlərlə danışılmağa davam edən "Helldivers 2" bu dəfə PvP rejimi ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Oyunun prodüseri olan Arrowhead Games Studios-un CEO-su Johan Pilestedt öz paylaşımında istifadəçilərin bir-biri ilə mübarizə apardığı oyunda PvP təcrübəsi təqdim etməyəcəklərini bildirib.

News24.az xəbər verir ki, bir-biri ilə döyüşən oyunçular ümumi asayişi pozacaq. Onların fikrincə, ümumi məqsədlər uğrunda həmrəylik içində mübarizə aparan bir icma yaratmaq daha məntiqli qərardır.

Bununla belə, "Helldivers 2" azarkeşləri oyunda PvP rejiminin olmayacağından şikayətlənirlər. Bəzi oyunçular oyun həvəskarlarının belə bir rejimə ehtiyac duyduğunu ifadə edərək, PvP təcrübəsinin yaratdığı möhtəşəm rəqabətin oyunun ömrünü uzadacağını müdafiə etdilər.

Bəzi istifadəçilər "Helldivers 2" istehsalçılarının PvP rejiminin tələb etdiyi server yükündən və daimi baxım xərclərindən qorxduqlarını və bir çox aksiyon oyunları üçün az qala standart halına gələn rejimin oyuna daxil edilməməsinin qəbuledilməz olduğunu iddia edirdilər. 

Günel Məlikzadə