Əhmədlə bağlı YENİ İDDİA: daha bir nəfəri boğub? - Polisdən AÇIQLAMA
    • 19-02-2024, 17:55
    • 2 324

Əhmədlə bağlı YENİ İDDİA: daha bir nəfəri boğub? - Polisdən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yayılan yeni iddialara münasibət bildirib. 

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, bu iddialar həqiqəti əks etdirmir: 

“İddialar araşdırılıb və təsdiqini tapmayıb. Həmin şəxslə əlaqə saxlanılıb və o bildirib ki, onu kiməsə oxşadıb, əsaslı olaraq sübut təqdim etməyib”.