Məktəblilərin davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 19-02-2024, 23:11
    • 3 803

Məktəblilərin davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA

Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdləri  ötən gün öz sosial şəbəkəsində başqa bir qıza qarşı zorakılıq hadisəsi törədib və bunu videoya çəkib.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov videogörüntülərdən məlumatlı olduqlarını bildirdi.

“Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.

Mehriban Mirzəzadə

Həmin görüntüləri təqdim edirik: