Dənizçilər itkin düşdü - Nə baş verib?
    • 20-02-2024, 14:00
    • 150

Dənizçilər itkin düşdü - Nə baş verib?

Bursanın Karacabey mahalı Kürşünlü məhəlləsi açıqlarında 51 metr dərinlikdə dəniz dibinə yerləşdiyi müəyyən edilən gəmidə hava, quru və dəniz işlərində 571 personal iştirak edir.

News24.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Sualtı Müdafiə (SAS) komandolarından 4 dalğıc itkin düşən heyətin axtarışlarına dəstək verir.

SAS komandolarının gəlməsi ilə gəmidə dalğıcların sayı 30-a yüksəlib. Bundan başqa, bölgədəki balıqçı gəmiləri də təyin olunmuş yerlərdə skan edərək işlərə qatılıb.

Bursa Valisi Mahmud Dəmirtaş gəmidəki işlərin sürətini azaltmadan davam etdiyini ifadə edərək, "SAS komandolarından 4 dalğıc gəldi. Gəminin daha dar və incə nöqtələrində axtarış aparacaqlar. Ümumilikdə 30 dalğıcımız var idi. Onlar 20 metrə qədər dalışa bilərlər".

Nə baş verib?

Xatırladaq ki, fevralın 14-də saat 21:30-da 6 nəfərlik heyət və 1250 ton mərmər tozu yükü ilə Balıkəsirdə Mərmərə adasından Bursanın Gemlik rayonundakı Roda Limanına hərəkət edən "Batuhan A" adlı 69 metr uzunluğundakı yük gəmisi pis hava və dəniz şəraitindən zərər görüb. Şəraitlə əlaqədar fevralın 15-i saat 07:20 radələrində Karacabey rayonu sahillərində sahildən 4 mil aralıda batıb. Görüntü aparatları ilə aparılan araşdırmalar nəticəsində gəminin qalıqlarının dənizin dibinə 51 metr dərinlikdə çökdüyü məlum olub.

Fevralın 17-də Hərbi Dəniz Qüvvələri Komandanlığına bağlı dalğıclar tərəfindən həyata keçirilən iki dalış zamanı gəmidə aşpaz işləyən 33 yaşlı Zeynep Kılınçın cansız bədəni dalğıclar tərəfindən çıxarılıb.

Günel Məlikzadə