"Bunun izahını müəllim verməlidir" – Deputatdan İRAD
    • 20-02-2024, 13:54
    • 343

"Bunun izahını müəllim verməlidir" – Deputatdan İRAD

“Bu gün Azərbaycan cəmiyyətində ən çox tənqid olunan orta məktəblərdir”.

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat qeyd edib ki, şagird şıltaqlığı dünyanın hər yerində var.

“Müəllimə qulaq asmamaq, kobudluq hər yerdə var. Dünyanın hansı ölkəsinə gediriksə, gedək. Hansı məktəbdə olsaq, bununla bağlı müəyyən çatışmazlıqlar var. Bunu heç kim inkar edə bilməz”.

Millət vəkili əlavə edib ki, əgər şagirdin şagirdə münasibəti son nəticədə onlar arasında düşmənçilik yaradırsa, bunu da izahını müəllim verməlidir. Biz inkar etsək belə, hər gün məktəbdə belə hallarla rastlaşırıq. Müəllimin borcu nədir? Müəllimin borcu, nöqsan və çatışmazlıq nədirsə, yaxşı olmayan nədirsə, onu aradan qaldırsın. Müəllimin borcu öyrətməkdir. Direktorun borcu nədir? Direktorun ən böyük öhdəliyi isə məktəbi yüksək səviyyədə idarə etməkdir”.

Mehriban