Azərbaycanda AĞIR QƏZA - 8 nəfər... - SİYAHI
    • 20-02-2024, 15:24
    • 194

Azərbaycanda AĞIR QƏZA - 8 nəfər... - SİYAHI

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

News24.az report-a istinadən xəbər verir ki, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.