Rusiyaya qarşı sanksiyaların müddəti UZADILDI
    • 20-02-2024, 20:00
    • 175

Rusiyaya qarşı sanksiyaların müddəti UZADILDI

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci ilədək uzadıb. 

RTV-nin məlumatına görə, bu barədə qərar artıq qüvvəyə minib.

Bu arada, Avropa Komissiyasının rəhbəri Ursula von Der Lyayen Rusiyannın dondurulmuş aktivlərinin taleyinə aydınlıq gətirib. Bildirib ki, yaxın günlərdə adı çəkilən aktivlərdən gələn 1 milyon avro məbləğindəki gəlir Ukraynanın hesabına köçürüləcək.

Qeyd edək ki, Avrozona və “Böyük yeddilik” ölkələri, eləcə də Avstraliya Rusiyanın 260 milyard avro dəyərindəki aktivlərini dondurub. 

Fərid Azəri