Fabrikdə tikilən talvar uçdu: 3 ölü, 29 yaralı
    • 21-02-2024, 13:40
    • 134

Fabrikdə tikilən talvar uçdu: 3 ölü, 29 yaralı

Özbəkistanın Daşkənd vilayətinin Alamlık şəhərində Mis zənginləşdirmə fabrikində tikilən talvarın uçub.

News24.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində Hindistandan olan 3 fəhlə ölüb, 29 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə ilə əlaqədar “Əmək mühafizəsinin qorunması qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlayıb.

Fakta bağılı araşdırmalar aparılır.

Mehriban Mirzəzadə