Bakıda birmərtəbəli ev yandı
    • 23-02-2024, 09:28
    • 138

Bakıda birmərtəbəli ev yandı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və digər otaqda 1 ədəd çarpayı yanıb. Yüksək temperaturdan 1 ədəd plastik pəncərə çərçivəsi və dəhlizdə 1 ədəd televizor əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.