Ən böyük diplomatik şəbəkəyə malik 10 ölkə Foto
    • 28-02-2024, 17:05
    • 163

Ən böyük diplomatik şəbəkəyə malik 10 ölkə Foto

Lowy İnstitutu dünyanın "ən mühüm" diplomatik şəbəkələrini müəyyən etmək üçün Asiya, G20 və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 66 ölkəsi haqqında məlumatları araşdıran Qlobal Diplomatiya İndeksi adlı hesabatı dərc edib.

News24.az xəbər verir ki, hesabatda 2023-cü ilin iyul-noyabr ayları arasında 66 ölkə və regionun rəsmi qurumlarından əldə edilən məlumatlardan istifadə edilib.

Ölkələr və regionlar xarici nümayəndəliklərin sayına görə sıralanıb. Müvafiq olaraq, ən geniş diplomatik şəbəkəyə malik ölkə Çin olub, ABŞ isə ikinci yerdədir.

Qeyd edək ki, Türkiyə ən böyük diplomatik şəbəkəyə malik 3-cü ölkə olub.

Günel Məlikzadə