Danimarka Ukraynaya 1,5 milyon dollar qrant ayırdı
    • 29-02-2024, 14:46
    • 134

Danimarka Ukraynaya 1,5 milyon dollar qrant ayırdı

Danimarka hökuməti Ukraynanın yenidən qurulması üçün Danimarka-Ukrayna bələdiyyə əməkdaşlığını gücləndirmək üçün 10 milyon DKK (1,45 milyon dollar) əlavə qrant ayırıb.

News24.az xəbər verir ki, bu barədə Danimarka hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vəsait Orxus və Kopenhagen bələdiyyələri ilə Ukraynanın Lvov, Kiyev və Nikolaev şəhərləri arasında əməkdaşlığa yönəldiləcək.

Qeyd edək ki, 2023-cü ilin yazında Danimarka hökuməti bələdiyyələr arasında əməkdaşlığın maliyyələşdirilməsi üçün xüsusi fondun köməyi ilə Ukraynanın yenidən qurulmasına dəstək vermək qərarına gəlib. Dörd illik layihələrə 20 milyon kron ayrılıb.

Mehriban Mirzəzadə