Bakıda gənc oğlanı avtomobil vurdu
    • 18-06-2023, 12:12
    • 221

Bakıda gənc oğlanı avtomobil vurdu

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Zabrat qəsəbəsində yolu keçən 1994-cü il təvəllüdlü İlyasov Vüsal Habil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.