Tavandakı səyahət xəstəxanada başa çatdı VİDEO
    • 2-03-2024, 15:39
    • 195

Tavandakı səyahət xəstəxanada başa çatdı VİDEO

Çorumda dostunun idarə etdiyi avtomobilin damına çıxaraq səyahət edən şəxs yıxılaraq yaralanıb.

News24.az xəbər verir ki, hadisə Memar Sinan Məhəlləsi Kiçik Sənaye Sahəsində baş verib. Dostunun maşınının damına çıxaraq səyahət etmək istəyən T.C. müvazinətini itirərək hərəkətdə olan avtomobildən düşüb.

Yaralı T.C. sağlamlıq qruplarının müdaxiləsindən sonra Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. T.C-nin səhhətinin yaxşı olduğu öyrənilib.

Günel Məlikzadə