İşğal altında olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik -  Fəzail Ağamalı
    • 5-03-2024, 11:38
    • 184

İşğal altında olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik - Fəzail Ağamalı

İşğal altında olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fəzail Ağamalı deyib. 

Deputat Azərbaycanın heç bir qüvvənin qarşısında təslim olmayacağını bildirib:

"Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat aparıb işğal altında olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə, hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir".

Qumral